“MIND Kit” dəsti istənilən robotu layihələndirməyə imkan verəcək Fevral 22, 2019 | 10:30 / Maraqlı məlumatlar

“Vincross” şirkəti robotların sərbəst quraşdırılması və proqramlaşdırılması üçün “MIND Kit” dəstini təqdim edib. Dəst istehsalçıların, texnologiya azarkeşlərinin, həmçinin pedaqoqların istifadəsi üçün nəzərdə tutulub. Layihə “Kickstarter” platformasında təqdim edilib.

Şirkətin təsisçisi Tianki San hesab edir ki, bu gün robotların quraşdırılması üçün faydalı maşınların layihələndirilməsinə imkan verən dəstlərin yaradılması zəruridir.

Dəst eyni zamanda lokallaşdırma və daxili yaddaş kartı metodlu mərkəzi prosessora və mürəkkəb hesablamaları həll etmək imkanına malikdir. Dəstdə, həmçinin server kontrolleri və etibarlı batareya mövcuddur.

robo-hunter.com saytının məlumatına görə, istifadəçilərə sadə SDK əməliyyat sistemindən istifadə etmək əlçatan olacaq. Robotun hazırlanmasında müxtəlif dinamikalardan və mikrofonlardan da istifadə etmək mümkün olacaq.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı