İnsanlar robotlara tabe olmağı daha üstün tuturlar Avqust 26, 2014 | 11:32 / Texnoloji yeniliklər

Massaçusets Texnologiya İnstitutunun (MTİ) alimləri iddia edirlər ki, işçilər insanlardan daha çox robotdan tapşırıq almağa üstünlük verirlər. "Robotun təlimatlarına tabe olmaq imkanı işin səmərəliyini artırmaqla yanaşı, həm də iş prosesini daha rahat edir" - MTİ-nin informasiya texnologiyaları və süni intellekt laboratoriyasında belə nəticəyə gəliblər.

lenta.ru saytının məlumatına görə, yeni tədqiqatlar zamanı 3 nəfərdən ibarət işçi qrup və bir robot 3 rejimdə işləyiblər: bütün işləri insanın bölüşdürdüyü əl rejimi, tapşırıqları yalnız robotun verdiyi avtonom rejim  və işçilərdən birinə özünün, digərinə isə robotun göstəriş verdiyi yarıavtonom rejim.

İşçilərin ən müsbət hesab etdiyi yarıavtonom rejim məsələlərin həllində də daha effektiv qiymətləndirilib. İnsanlar qeyd ediblər ki, robotlar onları daha yaxşı "başa düşür" və iş komandasının keyfiyyətini "artırır".

Yeni alqoritm, həm də iş zamanı hər hansı problem ortaya çıxarsa, onu tez bir zamanda aradan qaldırmağa ünvanlanıb. Məsələn, gözlənilmədən dəzgah qırıldığı zaman robot işin icraçısına problemi daha asan və ucuz həll etməyi öyrətmək qabiliyyətinə malikdir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı