Yaponiya leysan və qasırğanın proqnozlaşdırılması texnologiyasını sınaqdan keçirəcək Fevral 19, 2019 | 09:17 / Texnoloji yeniliklər

Tokioda real vaxt rejimində havanın proqnozlaşdırılması sisteminin sınaqlarına başlanılıb. Meteoroloji radiolokator və yerüstü rəqəmsal radio dalğalarının məlumatlarına əsaslanan texnologiya leysan yağışları və ya qasırğanın başlanması barədə 30 dəqiqə öncədən xəbər verəcək.

hightech.fm saytında bildirilir ki, sistem su buxarından yaranan və proqnozlaşdırılması kifayət qədər çətin olan leysan yağışlarının başlanması haqqında öncədən məlumat verəcək. Məsələn, mövcud meteoroloji sistemlər bu işin öhdəsindən gələ bilmir.

Yaponiyanın Milli İnformasiya-Kommunikasiya Texnologiyaları İnstitutu dövlət və özəl şirkətlərlə birgə sözügedən sistemin hazırlanması ilə məşğuldur. Yeni sistemin 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı