Beynəlxalq Telekommunikasiya İttifaqının Səlahiyyətli Konfransının reqlamentinə dəyişikliklər edilir Avqust 25, 2014 | 04:21 / Mühüm hadisələr

Regional Rabitə Birliyinin (RRB) Beynəlxalq Telekommunikasiya İttifaqı ilə iş üzrə İşçi Qrupun üzvləri bu il 20 oktyabr - 7 noyabr tarixində  Pusanda (Koreya) keçiriləcək RRB üzv ölkələrin Rabitə Administrasiyalarının Beynəlxalq Telekommunikasiya İttifaqının Səlahiyyətli Konfransının reqlamentinə dəyişikliklər edirlər.

Belə ki, Regional Rabitə Birliyinin (RRB) Beynəlxalq Telekommunikasiya İttifaqı ilə iş üzrə İşçi Qrupun 12-ci iclası çərçivəsində dil bərabərliyi hüquqlarının təmin edilməsi məsələsini müzakirə ediblər və konfransın rəsmi saytında məlumatların müxtəlif dillərdə təqdim edilməsi və vaxtında yenilənməsi ilə bağlı qərar qəbul edilib.
 
Bununla yanaşı, üzv ölkələr Beynəlxalq Telekommunikasiya İttifaqının reqlamentinin 8 ildə bir dəfə yenidən baxılması qərarına gəliblər. Qeyd edək ki, indiyədək bu prosedur 8-12 ildən bir müddət ərzində  həyata keçirilirdi.
 
Bildirilib ki, 2015-ci ildən etibarən Beynəlxalq Telekommunikasiya İttifaqının yeni və köhnə reqlamentləri paralel şəkildə üzv ölkələr tərəfindən istifadə ediləcək, yəni yeni reqlamentə qoşulmuş ölkələr ona uyğun şəkildə, reqlamentə hələ qoşulmayan ölkələr isə köhnə qayda ilə fəaliyyət göstərəcəklər.

ictnews.az

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı