Sofiyanın mini-versiyası uşaqlara proqramlaşdırmanı öyrədəcək Fevral 08, 2019 | 12:50 / Texnoloji yeniliklər

Məşhur Sofiya adlı robotun mini-versiyası hazırlanıb. İstehsalçılar kiçik Sofiyanı ənənəvi robotlarda olduğu kimi, bədənlə təchiz ediblər. Onun başı “böyük bacı”sındakı kimi, insan başına bənzəyir və saçları yoxdur. Boynunun arxasında kiçik pəncərə yerləşdirilib ki, onun vasitəsilə də detallar və mexanizmlər görünür. Hündürlüyü cəmi 36 sm olan robot əsl uşağa bənzəyir.

robo-hunter.com saytının məlumatına görə, robot-uşaq hərəkət edə, rəqs hərəkətlərini yerinə yetirə, məkanda səmtini müəyyən edə, sifətləri yadda saxlaya, söhbət edə və hətta gülməli əhvalatlar danışa bilir.

Mini-Sofiya, həmçinin uşaqlara robot texnikası və proqramlaşdırmanı öyrətməyə kömək edəcək. Avtomatlaşdırılmış qurğunun sahibləri onun üçün “Blockly” və “Python” dillərində proqramlar yaza biləcəklər.

“Hanson Robotics” şirkəti 3 gün ərzində “Kickstarter” platformasında Sofiyanın “kiçik bacı”sının kütləvi istehsalı üçün lazım olan məbləğin yarısını toplaya bilib. Kampaniyanın bitməsinə 57 gün qalıb.

Cari ildə satışa çıxarılacaq robotun qiyməti 149 dollar təşkil edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı