“Ağıllı” lampanın köməyi ilə Wi-Fi parolunu “sındırmaq” mümkün olub Fevral 08, 2019 | 11:30 / Maraqlı məlumatlar

“LimitedResults”ın hakeri “ağıllı” lampada Wi-Fi şəbəkəsinə qoşulmaq üçün bütün lazımi informasiyanı aşkar edən unikal boşluq tapıb. Haker bütün zəruri məlumatları bir saatdan az vaxtda əldə edib.

planet-today.ru saytının məlumatına görə, “ağıllı” lampaları smartfonda proqram vasitəsilə idarə etmək mümkündür. Lakin onu birbaşa “sındırmaq” da olar.

Haker müdafiəni keçmək üçün “ağıllı” lampanın çipini çıxarıb və USB-portun köməyi ilə onu digər qurğuya qoşub. Təhlükəsizlik sistemi qurulmasa lampanın çipindəki məlumatlar açıq qalır.

Bu kimi lampaların qiyməti 25 dollar təşkil edir. Qeyd edək ki, istehsalçılar qurğudakı boşluqları araşdırıb və problemi aradan qaldırıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı