"Samsung" televizorlar bazarının lideridir Avqust 22, 2014 | 11:36 / Texnoloji yeniliklər

Düz ekranlı "Samsung" televizorlarının ilk yarımillikdə ucuzlaşması dünya bazarında Cənubi Koreya nəhənginin payının artmasına səbəb olub

"Strategy Analytics" tədqiqatçılarının qiymətləndirmələrinə görə, 2014-cü ilin yanvar-iyun aylarında "Samsung" öz məhsullarının qiymətlərini ötən illə müqayisədə 13% endirib. Beləliklə, şirkət qurğularının yarımilik istehlakı böyük idman hadisələri olan Soçi Olimpiadası və Braziliyada keçirilən futbol üzrə dünya çempionatının hesabına 16%-ə çatıb.

Ekspertlərin sözlərinə görə, "Samsung" 4K-modellərinin istehsalını genişləndirir və inkişafda olan ölkələrə nisbətən ucuz qurğular təklif edir. Qeyd edək ki, 2013-cü ildə korporasiya 48,3 milyon televizor satmışdır.

DisplaySearch-in araşdırmalarına görə, 2014-cü ilin 2-ci rübündə "Samsung"un qlobal bazarda payı 31,8%-ə çatmışdır.  Bu da ötən illə müqayisədə 1,2% çoxdur. Analitiklər qeyd ediblər ki, "Samsung" nəhəng televizor istehsalçıları bazarında 8 ildir ki liderdir.

www.3dnews.ru

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı