Yeni kompüter alqoritmi fotokameraya “küncə baxmağa” imkan verəcək Fevral 06, 2019 | 05:37 / Texnoloji yeniliklər

Boston Universitetinin tədqiqatçıları istənilən fotokameraya “küncə baxmağa” imkan verən kompüter alqoritmi hazırlayıblar. Metod predmetlərin divara saldıqları kölgələrin analizinə əsaslanır. Bu divarlar üçün güclü kodlaşdırma alqoritmləri hazırlanıb. Hələ ki, əldə edilmiş təsvir mükəmməl olmasa da, artıq tamamilə fərqlənir.

Güzgülərdən istifadə edilsəydi, hər şey çox sadə olardı, lakin onların səthi tutqun olduğuna və işığı bütün istiqamətlərə yaydığına görə əks etdirilən təsvir bulanıq ləkədən ibarət olur.

Obyektin küncündə yerləşən ilkin təsviri almaq üçün proqrama kölgənin düşdüyü divarın təsviri lazımdır. Qeyd etmək lazımdır ki, obyekt şəffaf olmamalıdır. Faktiki olaraq, alqoritm mürəkkəb hesablamaların köməyilə sanki işığın şifrəsini açır.

techcult.ru saytının məlumatına görə, texnologiyanın əsas üstünlüklərindən biri istənilən rəqəmsal kameraya çəkilmiş təsvirin təyin edilməsi zamanı ondan istifadənin mümkünlüyüdür. İndi küncdəki təsvirin adi kompüterin köməyilə canlandırılması üçün proqrama 48 saniyə kifayətdir.

Yeni texnologiya praktik mənada təbii fəlakət zonalarında işləyən pilotsuz avtomobillərin və avtonom robotların yaradılması zamanı tələb oluna bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı