İnstitut əməkdaşının məqaləsi “Web of Science” bazasında indeksləşən jurnalda dərc olunub Fevral 05, 2019 | 09:10 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyevin “Applied Problems and Directions of Decisions of Green Technologies in Sustainable Development of Information Economics” (İnformasiya iqtisadiyyatının davamlı inkişafında yaşıl texnologiyaların tətbiqi problemləri və həlli istiqamətləri) adlı elmi məqaləsi “Web of Science” bazasında indeksləşən “European Journal of Sustainable Development” beynəlxalq jurnalında nəşr olunub.

Məqalədə informasiya iqtisadiyyatının davamlı inkişafında yaşıl texnologiyaların tətbiqi problemləri və həll istiqamətləri haqqında məlumat verilib. Qloballaşma və inteqrasiya şəraitində yaşıl iqtisadiyyatın formalaşdırılması zərurəti və ona keçidin səbəbləri şərh olunub, sənaye, postsənaye həmçinin informasiya və biliyə əsaslanan iqtisadiyyatın yaşıllaşdırılması problemləri müəyyənləşdirilib. Bununla yanaşı, informasiya və biliyə əsaslanan iqtisadiyyatın davamlı inkişafında yaşıllaşdırma mərhələsi və vasitələri, yaşıllaşdırma prosesinin iqtisadi inkişafdakı funksiyaları təqdim olunub. Yaşıl iqtisadiyyatın formalaşması üzrə beynəlxalq və regional vəziyyət təhlil olunaraq, iqtisadiyyatın davamlı inkişafında  yaşıllaşdırma səviyyəsinin qiymətləndirilməsi üçün müxtəlif göstəricilər və indekslər təklif  edilib. İqtisadi fəaliyyət sferasının yaşıllaşdırılmasında İKT-nin əhəmiyyəti əsaslandırılıb. Yeni tipli informasiya iqtisadiyyatının yaşıllaşdırılmasında İKT-nin tətbiqi vasitələri, istiqamətləri, problemləri  və həll istiqamətləri göstərilib.

Qeyd edək ki, “European Journal of Sustainable Development” jurnalı “Web of Science”(“Clarivate Analytics Emerging Sources Citation Index”), “Harvard University Library”, “Directory of Open Access Scholarly Resources-ROAD”, “EBSCOhost Publishing”, “Index Copernicus International”, “Google Scholar” və digər nüfuzlu elmi bazalarda indeksləşir.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı