Twitter dünyasını dəyişmiş istifadəçilərin şəkillərini siləcək Avqust 21, 2014 | 11:12 / Texnoloji yeniliklər

Twitter ailələrinin istəyinə görə dünyasını dəyişmiş istifadəçilərin şəkillərini şəbəkədən siləcək

Bu günə kimi hər hansı istifadəçi dünyasını dəyişdikdə qohumları onun hesabını bağlamaq xahişi ilə Twitter administratorlarına müraciət edirdilər. Bunun üçün istifadəçi adına məlumatları, ölüm haqqında şəhadətnamə və ərizəçinin şəxsiyyətini təsdiqləyən sənədin surətini, eyni zamanda qohumluq dərəcəsinə dair ərizəni sosial şəbəkəyə təqdim etmək tələb olunurdu.

lenta.ru saytının məlumatına görə, indi isə Twitter-ə vəfat etmiş istifadəçinin şəkilləri və videogörüntülərini silmək imkanı olan bölmə əlavə olunub. Buna səbəb iki hadisənin baş verməsidir. Öncə Robin Uilyamsın qızı 25 yaşlı Zelda Uilyams atası ilə bağlı çoxsaylı təhqiramiz ifadələrə məruz qaldığından Twitter hesabını bağlamaq məcburiyyətində qalmışdı.

Bundan əlavə, Twitter-in administrasiyası şəbəkədə amerikalı jurnalist Ceyms Foulinin İraqda öldürülməsilə bağlı video və şəkillərin yayılmasının qarşısını almışdı.

Həmçinin sosial şəbəkədən bildiriblər ki, foto və video kontentlərin silinməsi haqqında müraciətlərin hamısına baxılmayacaq. Xidmət bu halda, əhəmiyyətli hadisələrə ictimai maraq və informasiya azadlığı kimi amilləri nəzərə alacaq. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı