İstənilən maneəni dəf edən robot yaradılıb Fevral 04, 2019 | 04:09 / Texnoloji yeniliklər

Massaçusets Şimal-şərq Universitetinin tədqiqatçıları gəzə, tullana və hətta kiçik məsafələrə uça bilən Leonardo robotunun köməyilə robot texnikası sferasını müxtəlifləşdiriblər. İstehsalçılar onun istənilən maneələrin, baryerlərin və geniş çuxurların öhdəsindən gələcəyinə əmindirlər.

hi-news.ru saytının məlumatına görə, Leonardonun hündürlüyü 80 sm, çəkisi isə 2,7 kq təşkil edir. Yüngüllük robota iki mühərrikin köməyilə bir qədər hündürə uçmağa imkan verir. Təəssüf ki, robot pilotsuz təyyarələr kimi manevrli deyil, lakin bu, ona lazım deyil. Robot uçuşlar üçün nəzərdə tutulmayıb. Leonardo mühərrikləri sayəsində maneələri asanlıqla dəf edir və iki ayağı üzərində təhlükəsiz eniş edir.

“Qanadları olan mühərriklər robota yalnız uzun tullanışlar üçün deyil, həm də tarazlığın saxlanılması üçün lazımdır. Bu, insanlar üçün çox sadə məsələ kimi görünür, lakin robotlar üçün mürəkkəb və əhəmiyyətlidir. “Boston Dynamics”in “ATLAS” robotunun ilk variantlarını xatırlamaq kifayətdir: onlar praktik olaraq, hər addımbaşı büdrəyirdilər. Onlar artıq o qədər cəlddirlər ki, hətta akrobatik fəndləri icra edə bilirlər. Belə elastik robot, əlbəttə, elmdə çox faydalı olacaq. Məsələn, o, başqa planetlərin çoxlu kraterlər olan kələ-kötür səthlərini tədqiq edə biləcək. Gələcəkdə robotdan tədqiqatların aparılması üçün istifadə ediləcək”, deyə layihə müəllifi Alireza Ramezani bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı