“Norton Antivirus” proqram təminatının növbəti versiyası olmayacaq Avqust 20, 2014 | 03:48 / Texnoloji yeniliklər

1991-ci ildən bəri ilk dəfə dünyanın ən populyar antivirus paketlərindən biri olan “Norton Antivirus” proqram təminatının növbəti versiyası satışa çıxarılmayacaq. Proqramın istehsalçısı “Symantec” şirkəti bir neçə məhsulunu bir ad altında birləşdirməyə hazırlaşır.
 
hitech.vesti.ru saytından bildiriblər ki, sentyabrın 23-də özündə “Norton Antivirus”, “Norton Internet Security”, “Norton 360”, “Norton 360 Multi-Device” və “Norton 360 Premier Edition” funksionallığını birləşdirən “Norton Security” proqram paketi istifadəyə veriləcək.
 
Şirkət nümayəndələrinin sözlərinə görə, hazırda təxminən 50 milyon fərdi istifadəçi şirkətin ödənişli məhsullarından istifadə edir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı