Süni intellekt texnologiyalarının hazırlanması üzrə lider ölkələr məlum olub Fevral 01, 2019 | 12:00 / Maraqlı məlumatlar

Bu yaxınlarda Ümumdünya Əqli Mülkiyyət Təşkilatının süni intellektin inkişafına həsr edilmiş ilk hesabatı təqdim olunub. Hesabata əsasən, son 50-60 ildə tədqiqatçılar musiqi bəstələyən və şəkil çəkən, diaqnoz qoyan, cərrahi əməliyyatlar həyata keçirən və ya ev təmizliyi ilə məşğul olan insanabənzər robotlar, maşın tərcüməsi və səsin tanınması proqramları, sürücüsüz avtomobillər kimi 340 min ixtiraya patent almaq üçün sifariş veriblər.

news.un.org saytının məlumatına görə, süni intellektlə bağlı bütün ixtiraların 50%-dən çoxu 2013-cü ildən sonra patentləşdirilib.

Hazırda süni intellekt texnologiyaları üzrə ən böyük patent portfeli (8290 ixtira) ABŞ-ın “International Business Machines Corp” (IBM) şirkətinə məxsusdur. İkinci yeri tutan ABŞ-ın “Microsoft Corp” korporasiyasının aktivində 5930 ixtira mövcuddur. İlk beşlikdə Yaponiyanın “Toshiba Corp”, Cənubi Koreyanın “Samsung Group” və Yaponiyanın “NEC Group” şirkətləri yerləşib.

Süni intellekt sahəsində tətbiqlər üçün patentlərin alınması tempinə görə liderlik edən 20 elmi təşkilatdan 17-si Çinin payına düşür.

Ekspertlər bildiriblər ki, son zamanlar robot texnikasında süni intellektdən istifadə üzrə patent sifarişlərinin sayı artıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı