“3D” çap texnologiyasının kütləvi tətbiqinə 5-10 il vaxt lazımdır Avqust 19, 2014 | 05:08 / Texnoloji yeniliklər

"Həcmli çap texnologiyalarının sürətlə inkişaf etməsinə baxmayaraq, onların bəzi sahələrdə kütləvi tətbiqinə 10 ildən çox vaxt lazım ola bilər".  "Gartner" analitikləri belə hesab edirlər.
 
Ekspertlərin proqnozuna əsasən, "3D" texnologiyası biznes mühit və tibbi sahədə daha sürətlə tətbiq olunacaq. Hesab edilir ki, 2-5 il sonra "3D" çap korporativ istifadəçilər tərəfindən kifayət qədər geniş tətbiq ediləcək.
 
Həmçinin bu texnologiya tibb sahəsində də geniş yayılacaq: "3D" çap texnologiyasının protezləmə və implantların istehsalında istifadə olunacağı gözlənilir.
 
Eyni zamanda sözügedən texnologiyanın istehlak bazarına daxil olması 5-10 il vaxt alacaq.
 
"Hazırda dünya üzrə təxminən 40 istehsalçı biznes istifadəçiləri üçün nəzərdə tutulmuş "3D" printerlər satır. Eyni zamanda, 200-dən çox startap istehlakçılar üçün nəzərdə tutulmuş həcmli çap üçün qurğular hazırlayır və satır. Startapçılar tərəfindən hazırlanan qurğuların qiyməti bəzi hallarda bir neçə yüz dollardan başlayır, ancaq bu da belə texnikanın kütləvi tətbiqinə şərait yaratmır", – "Gartner"in tədqiqatlar üzrə vitse-prezidenti Pit Basiler deyib.

ictnews.az

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı