"Apple" şirkəti ilin sonuna kimi 75 milyon iPhone 6 sata bilər Avqust 19, 2014 | 12:07 / Texnoloji yeniliklər

Yeni nəsil iPhone-un təqdimatına təxminən 3 həftə qalıb. Hesab olunur ki, bu məhsulun ictimaiyyətə elan olunması "Apple" şirkətinin tarixində ən genişmiqyaslı təqdimat olacaq

RBC Capital Markets-in proqnozlarına görə, 2014-cü ilin 4-cü rübündə iPhone 6-nın satışları 56 milyon təşkil edəcək. Bundan başqa, ekspertlər ilin sonuna kimi 75 milyon qurğu satışının reallaşacağını proqnozlaşdırılar ki, bu da iPhone 6-nın   mağazalarda əlyetənliyi və funksional imkanlarının mövcudluğundan asılı olacaq.


dailycomm.ru saytından bildiriblər ki, 75 milyon satılmış smartfon "Apple" da daxil olmaqla bütün şirkətlər tarixində tamamilə rekord göstəricidir. Müqayisə üçün qeyd edək ki, 2013-cü ildə ABŞ korporasiyası iPhone 5s və iPhone 5c-nin 60 milyon nümunəsinin istehsalını sifariş etmişdi. Bu il isə şirkət öz istehsalçı partnyorlarından 80 milyon ədəd iPhone 6-nın istehsalını xahiş edib.


Ötən il iPhone 5s/5c-nin meydana çıxdığı ilk üç gün ərzində qurğunun pərakəndə satışı 9 milyon ədəd olmuşdur. Analitiklər bu ilin müvafiq dövründə 10 milyon, cari ilin 3-cü rübünün sonuna kimi isə 15 milyon qurğunun satışını proqnozlaşdırırlar.


iPhone 6-nın xüsusiyyətlərinə gəldikdə isə, bu barədə qeyri-rəsmi mənbələrdən məlum olur ki, yeni qurğu 2,6 QHz takt tezlikli 64-bitlik Apple A8 prosessoru və 13 meqapiksellik kamera ilə təchiz olunacaq. Yaqutla qorunan olduqca davamlı ekrana malik  iPhone 6 enerjini naqilsiz yığacaq. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı