Hakerlər “Youtube” vasitəsi ilə kompüterlərə “casus” proqramları quraşdırıblar Avqust 18, 2014 | 04:54 / Texnoloji yeniliklər

Hakerlər istifadəçinin kompüterinə “casus” proqramları quraşdırmaq üçün “YouTube” və “Microsoft Live” xidmətlərinin trafikini dəyişdirməyi öyrəniblər.

Tədqiqatçılar hesab edirlər ki, Mərakeş və BƏƏ hökumətlərinin sifarişi üzrə “Hacking Team” şirkəti “casus” proqramının yayılması ilə məşğul olub. Laboratoriyanın mütəxəssisləri bildiriblər ki, ABŞ, Böyük Britaniya, Rusiya, Çin və İsrail də bu kimi izləmə aparan təşkilatlara malikdir.
 
hitech.vesti.ru saytının məlumatına görə, trafikin dəyişdirilməsinin qarşısını almağın yeganə üsulu “HTTPS” mühafizə protokolundan istifadə etməkdir. Bu protokol server və istifadəçi kompüteri arasındakı məlumatları tamamilə şifrələyir.
 
Qeyd edək ki, “YouTube” əvvəlki kimi şifrələmədən istifadə etmir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı