Dünya süni intellekt texnologiyaları bazarının həcmi 52,5 milyard dollara çatacaq Yanvar 21, 2019 | 09:37 / Maraqlı məlumatlar

2022-ci ilədək neyron şəbəkələr əsasında dünya kompüter təlimi və süni intellekt texnologiyaları bazarının həcmi 52,5 milyard dollaradək artacaq. Bu barədə süni intellekt həlləri bazarının təhlilini aparan “Frost & Sullivan” beynəlxalq konsaltinq şirkətinin proqnozunda deyilir.

servernews.ru saytının məlumatına görə, süni intellekt texnologiyalarının tətbiqi 2030-cu ilədək qlobal məhsul və xidmətlərin həcmini 15,7 trilyon dollar artıracaq.

“Frost & Sullivan” şirkətinin biznesin inkişafı üzrə direktoru Denis Stepanov bildirib ki, süni intellekt yaxın gələcəkdə insanların şəxsi və peşə həyatının ayrılmaz hissəsinə çevriləcək. Bütün böyük sahələrdə süni intellekt tətbiq edilir. İri şirkətlərin süni intellekt texnologiyaları əsasında proqramlar üçün orta illik xərcləri durmadan artır, çünki təşkilatlar kompüter vasitəsilə biznes proseslərini yaxşılaşdırmaqla üstünlüyə nail olmaq istəyirlər.

Hazırda ABŞ süni intellekt layihələrinə investisiyaların məbləği və imzalanmış sazişlərin sayına görə lider olaraq qalır. İkinci və üçüncü yerlərdə isə Çin və Böyük Britaniya qərarlaşıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı