Dərinin sağlamlıq vəziyyətinin diaqnostikası üçün sensor təqdim olunub Yanvar 16, 2019 | 11:10 / Texnoloji yeniliklər

Ətriyyat və kosmetika bazarında dünya lideri olan fransız şirkəti “L'Oréal” dərinin turşluq dərəcəsini göstərən unikal sensor hazırlayıb. “My Skin Track pH” sensoru dünyanın ən böyük informasiya texnologiyaları sərgisi – “CES 2019”da təqdim edilib.

Məlumdur ki, sağlam insanda dərinin hidrogen göstəricisi təxminən 5,5-ə bərabərdir. Göstəricinin yuxarı və ya aşağı olması dərinin həddindən artıq quru və ya yağlı olduğunu bildirir. Anormal turşu-qələvi balansı, həmçinin dərinin ekzema və dermatit də daxil olmaqla, müxtəlif dəri xəstəliklərinə meyilli olduğundan xəbər verə bilər.

meddaily.ru saytının mlumatına görə, dermatoloqlar bir qayda olaraq, turşluq dərəcəsini pasiyentin tərini analiz edərək müəyyənləşdirirlər. Lakin artıq bunu pasiyent özü evdə cəmi 15 dəqiqəyə təyin edə bilər. Daşınan sensor turşluq dərəcəsindən asılı olaraq, rəngini dəyişdirir. Toplanmış məlumatlar smartfona ötürülür və xüsusi mobil proqram istifadəçiyə problemlə bağlı lazımi tövsiyələr verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı