İnsanın “dərdinə şərik olan” robot Yanvar 16, 2019 | 10:30 / Texnoloji yeniliklər

Yaponiyanın “Yukai Engineering” şirkəti dünyanın ən böyük texnologiya sərgisi – “CES 2019”da istifadəçinin emosiyalarını tanıya və onun “dərdinə şərik ola” bilən “BOCCO emo” robotunu nümayiş etdirib.

robo-hunter.com saytının məlumatına görə, kiçik qar adamı kimi görünən robot ev sakinləri ilə qarşılıqlı əlaqə üçün nəzərdə tutulub. “BOCCO emo” İnternetə “Wi-Fi” və ya sim-kart sayəsində yaradılan mobil əlaqə vasitəsilə qoşulur. İstifadəçilər robota ismarıc (audio və ya mətn şəklində) göndərirlər, robot isə onu yüksək səslə oxuyur.

Robotun əsas özəlliyi ondan ibarətdir ki, o, sahibinin nitqini və səsinin intonasiyasını tanıya bilir. “BOCCO emo” sahibindən neqativ sözlər eşitdikdə başını aşağı endirərək, ağlayıb-sızlamağa oxşar səs çıxarır, onun yanaqlarında isə qırmızı işıq yanır. O, istifadəçinin şən əhval-ruhiyyədə olduğunu “hiss etdikdə” başını qaldıraraq, quş kimi cəh-cəh vurur, yanaqlarında isə yaşıl işıq yanır. Bundan başqa, ismarıcda ürək formasında emoji göndərilərsə, “BOCCO emo”nun gözlərinin ətrafında eyni simvol görünür.

Robot “ağıllı” ev qurğularının idarə edilməsi üçün bir sıra sensorlarla təchiz edilib. Titrəmə sensoru otağa kiminsə daxil olduğunu anlamağa imkan verir. Kilidin bloklanması sensoru qapının açıq olub-olmadığını müəyyən edir. İstifadəçi bütün informasiyanı robotu xüsusi proqramla sinxronlaşdıraraq əldə edə bilər.

2019-cu ilin payız aylarında satışa çıxarılacaq robotun qiymətinin 240 dollar təşkil edəcəyi bildirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı