Elektronika istehsalçıları “8K” Assosiasiyası yaradıblar Yanvar 16, 2019 | 10:26 / Maraqlı məlumatlar

Bir sıra nəhəng elektronika istehsalçıları “8K” təsvir ölçüsünün inkişaf etdirilməsi məqsədilə birləşərək “8K Association” adlı assosiasiya təsis ediblər. Buraya “Samsung”, “TCL”, “Hisense”, “Panasonic” şirkətləri, eləcə də əsas “8K” panel tədarükçüsü “AU Optronics” daxildir.

mediasat.info saytının məlumatına əsasən, təşkilatın məqsədi alıcıları “8K” ilə tanış etmək, “8K” kontenti və onu dəstəkləyən qurğuların həcmini genişləndirmək, kontent tədarükçülərini “8K” təsvir ölçüsündən istifadəyə sövq etmək, yerli avadanlıq istehsalı bazarları üçün kontent yaratmaq, “8K” qurğuları və siqnal qəbulu üçün minimal texniki tələblər hazırlamaq, eləcə də qurğuları kateqoriyalara ayırmaqdır.

İştirakçıların fikrincə, assosiasiyanın yaradılması “8K” standartının inkişafını və gündəlik həyata tətbiqini sürətləndirməyə imkan verəcək.

Qeyd edək ki, “8K” təsvir ölçüsü (7680×4320 piksel) dəqiqliyinə görə “Full HD” (1920×1080 piksel) formatını 16 dəfə üstələyir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı