“Apple” yeni nəsil iPod Touch və iPhone istehsal etməyi planlaşdırır Yanvar 16, 2019 | 09:34 / Maraqlı məlumatlar

ABŞ-ın “Apple” şirkəti yeni nəsil iPod Touch pleyerinin, həmçinin “USB Type-C” konnektorlu iPhone smartfonunun hazırlanması üzərində işləyir. Hələ ki, yeniliklərin xüsusiyyəti haqqında geniş məlumat verilmir.

iz.ru saytının məlumatına görə, yeni iPod Touch 3,5 millimetrlik audio konnektor və  barmaq izi skaneri “Touch ID” ilə təchiz ediləcək.

Pleyerin keçmiş nəsli 2015-ci ildə təqdim edilmişdi. O, iPhone 6 əsasında hazırlanmış, ekranı isə, iPhone 5/5S-də olduğu kimi, Retina-ekran olmuşdur. Təxmin olunur ki, yeni model böyük ekran ölçüsünə malik olacaq. Yenilənmiş iPod Touch haqqında “Apple”ın yay aylarında baş tutacaq təqdimatında məlumat veriləcək.

USB Type-C konnektorlu iPhone-un yeni nəslinin üç kameraya malik olacağı və iPhone Xl adlandırılacağı gözlənilir.

Qeyd edək ki, bir müddət öncə “Apple”ın smartfona qoşulmaq imkanına malik olan geyim istehsalı ilə məşğul olacağı məlum olmuşdu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı