Mikrobot sürüləri təmir işçilərini əvəz edəcəklər Yanvar 09, 2019 | 12:55 / Texnoloji yeniliklər

Böyük Britaniyanın Biznes, Energetika və Sənaye Strategiyası Nazirliyi bu ölkənin yeraltı kommunikasiya xətlərinin təmiri üçün nəzərdə tutulmuş mikrobotlar layihəsinə 8,9 milyon dollar sərmayə yatırıb. Mikrobotların hazırlanması ilə ABŞ-ın 4 aparıcı universiteti məşğul olacaq. Layihə uğur əldə edərsə, mikrobotlar boru kəmərlərinin təmiri işində də tətbiq olunacaq.

techcult.ru saytının məlumatına görə, britaniyalılar layihəni maliyyələşdirdilər, robot-təmirçilər üçün real fəaliyyət sahəsini müəyyən etdilər. Dünyada boruların avtonom tədqiqatı üçün maşınların müxtəlif versiyaları uzun müddətdir ki, mövcuddur.Lakin yeni robotları fərqləndirən əsas xüsusiyyət onların şəhər infrastrukturu üçün nəzərdə tutulmasıdır. Mikrobotlardan, əsasən, asfaltın və zədələnmiş boruların təmiri üçün küçələrdə çuxurların qazılması kimi işlərdə istifadə olunması planlaşdırılır.

Öncə robotlar borularda yaranmış dəlikləri aşkarlayaraq, onları “yamamağı” öyrənməlidirlər. Bunun üçün çox kiçik ölçülü yoxlama botlarının ordusunu yaratmaq tələb olunur. Onlara bir neçə böyük təmir “işçisi” müvəqqəti olaraq, nəzarət edəcək. Böcəyə bənzəyən robot-inspektorların uzunluğu 1 sm-dən azdır. Onlar istənilən səth üzrə qaça, uça və üzə, həmçinin diaqnostik avadanlıqları daşıya bilməlidirlər. “İşçilərə” təmizlik və borulara yamaqların vurulması üçün alətlər quraşdırılacaq. Mikrobotlar kabellə idarə edilir və onun vasitəsilə enerji əldə edirlər.

Boruların təmiri üçün mikrobotların hazırlanmasına 5 il vaxt ayrılıb. Uğur əldə edilərsə, onları milyonlarla seriyalarla satın alacaqlar və Böyük Britaniyanın yeraltı kommunikasiya xətlərini bu mikrobotlarla dolduracaqlar. Bildirilib ki, layihənin böyük iqtisadi səmərə verməsi gözlənilir. Çünki yollarda hər il 1,5 milyon qazıntı işi aparılır, nəqliyyat vasitələrinin tıxaclarda dayanması nəticəsində dəymiş ziyan isə 6,3 milyard dollara çatır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı