“Timekettle” şirkətinin tərcüməçi-qarnituru dil baryerini aradan qaldırmağa imkan verir Yanvar 09, 2019 | 11:12 / Texnoloji yeniliklər

Hazırda Las-Veqasda keçirilən “CES 2019” Beynəlxalq sərgisində “Timekettle” şirkətinin dil baryerini aşmağa kömək edən “WT2 Plus” tərcüməçi qarnituru nümayiş olunub.

Görünüşünə görə adi simsiz qulaqcıqları xatırladan, 219 dollar dəyərində olan “WT2 Plus” tərcüməçi-qarnituru səyahət edənlər üçün əvəzolunmaz vasitədir.

hi-news.ru saytının məlumatına görə, qarnitur Bluetooth-un köməyi ilə Android və ya iOS əsasında smartfona qoşulur və istifadəçinin dili seçə və artıq deyilmiş ifadələri izləyə bildiyi mobil əlavə ilə birlikdə işləyir. Hazırda rus dili də daxil olmaqla 20 dil təklif edilir, yaxın zamanda daha 15 dilin əlavə edilməsi planlaşdırılır. Bundan başqa, əlavə müxtəlif aksentləri tanıyır. Məsələn, Avstraliya aksenti də daxil olmaqla ingilis dilinin 5 aksenti dəstəklənir.

Hər iki istifadəçi bir-biri ilə danışa və qulaq asa bilər. Bunun üçün onlardan hər biri dəstin bir qulaqcığını taxır. Şəxslərdən biri danışmağa başladıqda qarnitur sözləri smartfona ötürür. Daha sonra proqram tərcüməni həyata keçirir və onu həmsöhbətin qulaqlığına ötürür. Həmçinin proses əks istiqamətdə gedir. Deyilmiş sözlər, tərcümə prosesi və nəticənin həmsöhbətin qulağına ötürülməsi arasındakı vaxt 3-5 saniyə təşkil edir.

“Timekettle” şirkəti tərcümədə 95 faizə qədər dəqiqliyə nail olub. Tərcümə üçün “Google” və “Microsoft”un bulud serverləri istifadə olunur. Beləliklə, əlavənin işləməsi üçün İnternetə daimi çıxış tələb olunur, lakin şirkət cari ildə tərcüməçinin oflayn versiyasını təqdim etməyi planlaşdırır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı