Süni intellekt düşüncələri nitqə çevirəcək Yanvar 04, 2019 | 09:45 / Texnoloji yeniliklər

Robotlar üçün fikri şifahi formada ifadə edən alqoritm hazırlanıb. Bu kəşf xüsusilə iflic və lal insanlar üçün faydalı olacaq.

mir24.tv saytının məlumatına əsasən, beyin siqnallarının nitqə çevrilməsi metodu üç tədqiqat qrupu tərəfindən müəyyən edilib.

Bugünədək bu məsələni həll etmək mümkün olmayıb. Onun həlli üçün alimlər ucadan oxuma zamanı, hər hansı sual düşünüldüyü zaman fəallaşan beyin zonalarını müəyyən edərək impulsları dəyişiblər.

Cenevrə Universiteti mütəxəssislərinin sözlərinə görə, bu kəşf insult və ya digər xəstəliyi olan insanlara yenidən ünsiyyət qurmağa kömək edəcək. Bundan əlavə, ekspertlər iddia edir ki, həmin şəxslər nitqi intonasiya ilə ifadə etmək, daha sakit və ucadan danışmaq, eləcə də həmsöhbətin sözünü kəsmək imkanı əldə edəcəklər.

Bütün bunlara baxmayaraq, alqoritm tamamlanmayıb. Məsələn, alimlər danışığın müxtəlif anında yanıb-sönən neyronları ayırmalı, süni intellekti hər bir istifadəçiyə uyğunlaşdırmalıdırlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı