“Ağıllı” məktəbli forması şagirdlərin yerini müəyyən edir Yanvar 03, 2019 | 10:59 / Texnoloji yeniliklər

Çin məktəblərində çiplərlə təchiz edilmiş “ağıllı” forma vasitəsilə şagirdlərin yerini izləyirlər. Məqsəd məktəblilərin davamiyyətinə nəzarət etməkdir. Hər bir geyim dəstində çiyinlərdə yerləşdirilmiş iki çip var. Məhz onlar şagirdin məktəbə nə zaman daxil olduğunu və ya oranı tərk etdiyini bilməyə imkan verir. Həmçinin sifətin tanınması texnologiyası elementindən istifadə olunur ki, bununla da məktəblinin geydiyi formanın özününkü olub-olmadığı müəyyən edilir. Şagird dərs saatlarında məktəbi tərk etdikdə siqnal səslənir.

“Ağıllı” texnologiyanı hazırlamış “Guizhou Guanyu Technology Company” nümayəndələrinin sözlərinə görə, forma 150 dərəcə Selsi temperatura və 500-ə qədər yuyulmaya dözür. Çiplər həm də şagirdin dərsdə yatıb-yatmadığını müəyyən etməyə imkan verir. Məktəbli tərəfindən sifətin və ya barmaq izlərinin tanınması vasitəsilə əlavə təsdiqetmədən istifadə ilə ödənişlərin həyata keçirilməsi imkanı da nəzərdə tutulub.

hi-news.ru saytının məlumatına əsasən, bu formadan Quyçjou əyalətinin 10 məktəbində istifadə olunur. Renxuay şəhərində yerləşən 11 saylı məktəbin direktoru Lin Zonqvu qeyd edib ki, rəhbərlik etdiyi təhsil müəssisəsində oxuyan 800-dən çox şagird 2016-cı ildən bu “ağıllı” formanı daşıyır. Sözügedən texnologiya dərsdənkənar vaxtda məktəblilərin yerini izləməyə imkan versə də, Lin Zonqvu şagirdlərin məktəbdən sonra dəqiq yerini müəyyən etməməyə üstünlük verdiklərini bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı