"Samsung" və "Apple" hökmranlığının sonu yaxınlaşır? Avqust 13, 2014 | 11:00 / Texnoloji yeniliklər

"Fitch Ratings" analitik agentliyi belə nəticəyə gəlib ki, hazırda smartfonlar seqmentində liderlik edən "Samsung" və "Apple"in mövqeyi 2015-ci ilə kimi gözəçarpan dərəcədə zəifləyəcək. Ekspertlərin hesablamalarına görə, bu, yerli şirkətlər tərəfindən nisbətən ucuz qurğuların istehsal olunduğu inkişafda olan bazarlarda artan rəqabətlə bağlıdır.

Mütəxəssislərin fikirlərinə görə, növbəti ilin əvvəllərində "Samsung"un bazar payı 25%, "Apple"in payı isə 14%-ə kimi azalacaq. Müqayisə üçün qeyd edək ki, 2013-cü ilin sonunda bu şirkətlərin göstəriciləri müvafiq olaraq 31% və 15% təşkil edirdi.

2014-cü ildə dünya üzrə smartfon tədarükünün 20% artaraq 1,2 milyarda çatacağı proqnozlaşdırılsa da, ötən illə müqayisədə "Samsung" və "Apple" daha az qurğu istehsal edəcək.

Fitch-in qiymətləndirmələrinə görə, hazırda smartfonlar mobil telefonlar üzrə dünya bazarının təxminən 2/3-ni tutur.  Seqmentin növbəti artımı  isə inkişafda olan ölkələrin hesabına baş tutacaq. Analitiklər qeyd ediblər ki, bu kimi bazarlarda istifadəçilər üçün bahalı brend və yeni texnologiya deyil, qurğuların qiyməti daha vacib amildir.  Bu səbəbdən yerli istehsalçıların 100-300 dollar civarında olan və lazımi funksiyalara malik qurğularına "Samsung" və "Apple"in bahalı qurğuları ilə müqayisədə daha çox tələbat var.

dailycomm.ru saytından bildiriblər ki, nisbətən perspektivli dünya bazarları arasında ekspertlər Hindistan və Çinin adını çəkirlər. Gözlənilir ki, bu iki ölkə smartfon tədarükü artımının ümumi həcminin  60%-ni təmin edəcək. Bu regionlarda  "Apple" və "Samsung"un əsas rəqibləri Çin vendorları - "Xiaomi", "Lenovo", "Huawei" və Hindistan istehsalıçısı "Micromax" olacaq.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı