3D-printerdə çap olunmuş körpü uzunluğuna görə dünyada birinci olub Dekabr 28, 2018 | 12:00 / Maraqlı məlumatlar

Çinin Şanxay şəhərində rekord ölçüyə malik 3D-printerdə çap olunmuş körpü salınıb. Onun uzunluğu 14, eni 4 metrdir. Körpünün detalları ASA-plastik kütlədən və şüşə lifdən hazırlanıb.

robo-hunter.com, saytının məlumatına əsasən, körpü Sinxua Universitetinin İnşaat institutu tərəfindən layihələndirilib və tikilib. Layihə rəhbərləri körpünün zahiri görünüşünü Hebey əyalətində yerləşən qədim Anji körpüsünə bənzədiblər. Tikinti işləri Şanxayda yerləşən “Wisdom Park”da aparılır.

Hazırda inşaat işləri davam etsə də, parka gələnlər artıq körpüdən keçmək imkanı əldə ediblər.

Şanxay körpüsü elementləri 3D-printerdə çap olunan üçüncü körpüdür. Onlardan birincisi 2016-cı ildə İspaniyada, ikincisi isə bir il sonra Niderlandda salınmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı