Suyu yanacağa çevirən “süni ağciyərlər” Dekabr 28, 2018 | 10:39 / Texnoloji yeniliklər

Stenford Universitetinin tədqiqatçılar komandası hidrogenin hasil olunması üçün eksperimental sınaqların nəticələrini dərc ediblər. Burada əsas xammal kimi adi su çıxış edir, bu texnologiyanı fərqləndirən cəhət isə, onun insanın ağciyərlərinin fəaliyyətinə bənzəyən iş prinsipidir. Bu metod qazın generasiyasının ənənəvi metodlarından daha sadə, effektiv və sərfəlidir.

techcult.ru saytının məlumatına əsasən, alimlər qazların ayrılması üçün qurğudan membranın surətini çıxarıblar. Lakin bu tədqiqat zamanı ilk qarışıqdan yalnız oksigen deyil, həm də onunla birlikdə yanacaq qarışığını əmələ gətirən hidrogen ayrılır. Suyun parçalanma effektivliyinin artırılması üçün platin və qızıldan elektrokatalizatorlar istifadə olunub.

Membranın səthinin xüsusi forması sayəsində proses zamanı qabarcıqlar yaranmır, reaksiyalar bərabər gedir, təzyiq tədricən dəyişir və kataliz qatının dağılması baş vermir. Hazırda alimlər bu sistemi insanın ağciyərlərinin analogiyasına uyğun olaraq məsaməli etmək üzərində fikirləşirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı