Minlərlə markerin əvəzedicisi Avqust 12, 2014 | 02:00 / Texnoloji yeniliklər

Scribble adlı yeni qurğu kağız üzərində və ya sensor ekranda istənilən rəngi yadda saxlaya və təsvir edə bilən universal qələmdir

Kaliforniyada işlənib hazırlanan Scribble qurğusu 2 versiyada təqdim olunub. Scribble Ink istənilən rəngi tanıyan və onu yüksək dəqiqliklə kağız üzərində təsvir edən qələmdir. Scribble Stylus isə sensor ekranla işləmək üçün nəzərdə tutulub.

Qurğunun xarici görünüşü adi markerlərdən çox az fərqlənir. Lakin bu qələmlər rəng skaneri, təxminən 100 rəng nümunəsini saxlamaq üçün 1 qb həcmli yaddaş, akkumlyator, eləcə də MicroUSB konnektoru ilə təchiz olunub. Bundan başqa, hər bir qurğu üçün ucluq dəsti təklif edilir ki, onlar da xətlərin qalınlıq şəklini dəyişdirməyə imkan verir. Scribble Ink qələmi adi şırnaqlı printerdə olduğu kimi, əlavə olaraq mürəkkəbli kartric dəsti ilə təchiz edilib.

hitech.newsru.com saytının məlumatına görə, istehsalçılar, həmçinin iOS, Android və Windows Phone platformaları üçün xüsusi mobil proqram təqdim ediblər. Onların köməyilə rəng nümunələrini saxlamaq və şəxsi çalarlar yaratmaq mümkündür. Proqram və Scribble qurğusu arasında məlumat mübadiləsi Bluetooth-un köməyilə həyata keçirilir.

Scribble Ink və Scribble Stylus çoxsaylı rəngli karandaş dəstlərini əvəz edərək uşaqların işinə yarayacaq. Eləcə də rənglərlə peşəkar şəkildə işləyən şəxslərin -  dizayner və rəssamların köməyinə çatacaq. Yeni qələmlər ekoloji cəhətdən də əhəmiyyətlidir. Belə ki, Scribble qurğularından istifadə adi markerlərə tələbatı azaltmaqla yanaşı, tullantının da qarşısını alacaq: istifadəçi bu qələmləri tullamayacaq.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı