Məsafədən idarə edilən robot-hörümçək hazırlanıb Dekabr 24, 2018 | 09:24 / Texnoloji yeniliklər

Honkonqun “Robugtix” şirkəti pilləkənlə yuxarı qalxa və başqa tapşırıqları yerinə yetirə bilən, hörümçəyə bənzəyən universal robotu təqdim edib.

robo-hunter.com saytının məlumatına görə, “Z6” adlı robot-hörümçək bükülmə qabiliyyətinə malik olduğuna görə 2 dəfə kiçilə bilir. O, pilləkənlə hərəkət edir və maneələri dəf edir. Hər hansı bir səbəbdən çevrilərsə, ilkin vəziyyətinə müstəqil şəkildə qayıda, həmçinin yüngül yükləri daşıya bilir.

Robotu məsafədən idarə etmək üçün ekrana malik olan xüsusi pult hazırlanıb. İstehsalçılar hesab edirlər ki, bu xüsusiyyəti sayəsində “Z6”dan xilasetmə missiyaları, araşdırmalar zamanı və ya müşahidələr üçün istifadə etmək olar.

Robot-hörümçək 30 sm/san sürətlə hərəkət edir. Qurğunun batareya ilə işləmə vaxtı onun yerinə yetirəcəyi tapşırıqlardan asılıdır. İstehsalçıların sözlərinə görə, sınaqlar zamanı robot enerji ilə doldurulduqdan sonra təxminən 60 dəqiqə işləyib.

Qurğu “Bigfoot Robotics Engine Pro.” proqram təminatı əsasında işləyir. Robot baş verənləri çəkməyə və real vaxt rejimində videonu qurğunun sahibinə ötürməyə imkan verən daxili kamera ilə təchiz edilib. Avtomatlaşdırılmış hörümçəyə, həmçinin akselerometr və giroskop quraşdırılıb, onun “pəncə”lərinə isə sensorlar yerləşdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı