Çində süni intellekt texnologiyaları ilə təchiz edilmiş ekskursiya avtobusları istismara verilib Dekabr 21, 2018 | 10:34 / Maraqlı məlumatlar

Çinin Şanxay meqapolisində süni intellekt texnologiyaları ilə təchiz edilmiş ikimərtəbəli ekskursiya avtobusları sınaqdan keçirilir.

belta.by saytının məlumatında bildirilir ki, Çinin “Baidu” axtarış sistemi və Şanxayın turizm şirkətlərindən biri tərəfindən hazırlanmış yeni avtobuslar şəhər turunu daha rahat etmək üçün nəzərdə tutulub.

Turistlər sifətin tanınması prosedurunu keçdikdən sonra avtobusa əyləşə bilərlər. Avtobusda əlçatan olan simsiz elektron tərcüməçilər vasitəsilə zəruri informasiyanı əldə etmək olar. Onlar rus, ingilis, yapon, Koreya, tay, ispan, alman və ərəb dillərini dəstəkləyir.

Qeyd edək ki, cari ilin noyabrında “Baidu” və Şanxay bələdiyyəsi Şanxayın “ağıllı” şəhərə çevrilməsini nəzərdə tutan strateji əməkdaşlıq üzrə çərçivə sazişi imzalayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı