NASA robotu Antarktidanın buz altındakı vulkanlarını fəth etməyə hazırlaşır Dekabr 17, 2018 | 12:45 / Maraqlı məlumatlar

NASA laboratoriyasının mütəxəssisləri buz və daş uçurumlara qalxa bilən, qurdabənzər “IceWorm” robotunu təqdim ediblər.

Müasir dövrdə texnika və peyk şəbəkəsinin inkişaf etməsinə baxmayaraq, insanların Yer kürəsində gedə bilmədiyi ərazilər hələ də mövcuddur. Antarktidadakı Erebus vulkanı Yer kürəsində fəaliyyətdə olan ən cənubdakı, hündürlüyünə görə isə qitədə ikinci vulkandır. Alimlər üçün bu, qədim varlıqların DNT izlərini tapmağı mümkün edən potensial "xəzinə" hesab olunur. Lakin təəssüf ki, tunellərdə karbon qazının yüksək konsentrasiyası onu insanlar üçün əlçatmaz edir.

popmech.ru saytının məlumatına əsasən, bu və buna bənzər digər vulkanlar NASA mühəndislərini “IceWorm” robotunu hazırlamağa vadar edib. NASA-nın reaktiv hərəkət Laboratoriyasının “Extreme Environments Robotics” qrupu bu layihə üzərində 2016-cı ildən işləyir. “IceWorm”un dizayneri Eyron Körtis robotun ekstremal şəraitdə qaz ilə çirklənmiş tunellərdə effektiv işləyə bilməsi üçün Erebus vulkanı haqqında bütün lazımi informasiyanı toplayıb. 

“IceWorm” robotu qurd kimi hərəkət ediyi üçün bu adı alıb. Hündürlüyü təxminən 1,4 metr olan qurğu iki ayaq üzərində dayana bilir. Onun hərərkəti kənardan qurdun sürünməsinə bənzəyir.

E.Körtis qeyd edir ki, bu kimi hərəkət modeli tamamilə yeni və unikaldır. “IceWorm” artıq təhlükəli  şəraitdə – Vaşinqton ştatının Sent-Helens dağında müvəffəqiyyətlə sınaqdan keçirilib. Mühəndislər qeyd edir ki, robot yumşaq qara nisbətən buzlu səthdə daha yaxşı hərəkət edir.

Bu kimi robotların potensialı olduqca yüksəkdir.  Bu robot sayəsində geoloq və metreoloqlar üçün yalnız Yer kürəsində deyil, hətta açıq kosmosda belə, unikal məlumat əldə etmə üsulu meydana çıxır. Robotlar buzun qalın qatıyla örtülmüş Enkelad Ayı eləcə də, Avropa kimi buz yığınlarının 15 metrə çatdığı ərazilərdə tədqiqat aparmaq üçün mükəmməl vasitədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı