Dövlət Miqrasiya Xidmətinin mobil tətbiqi istifadəyə verildi Dekabr 14, 2018 | 03:17 / Mühüm hadisələr

Bu gün Dövlət Miqrasiya Xidmətinin yeni mobil tətbiqi MİGAZ geniş ictimaiyyətə təqdim olunub.

Tətbiqin istifadəsini nümayiş etdirən və üstünlüklərini diqqətə çatdıran Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov olduğu yer üzrə qeydiyyat, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, məhdudiyyətin və müraciət statusunun yoxlanması, son qeydiyyat tarixinin öyrənilməsi üçün kalkulyator, onlayn ödəmə, onlayn növbə, ASAN viza və xidmətin digər istiqamətlər üzrə servis xidmətlərinin mobil tətbiq üzərindən çıxış əldə etmək imkanlarının yaradıldığını bildirib. Artıq əcnəbilər və vətəndaşlığı olmayan şəxslər mobil tətbiq vasitəsilə onlayn şəkildə daha asan şəkildə elektron xidmətlərdən istifadə edə biləcəklər. Azərbaycan, ingilis  və rus dillərində hazırlanmış mobil tətbiq üzərindən birbaşa əlaqə vasitəsi ilə zəng və sorğuların cavablandırılması da həyata keçirilə bilər.

Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə, yaxın gələcəkdə dil seçimi menyusu zənginləşdiriləcək. Yüksək səviyyəli interaktivliyi ilə seçilən mobil tətbiq vasitəsilə istifadəçilərə istər qeydiyyat, istərsə də digər elektron xidmətlərlə bağlı mütəmadi yeniliklər, bildirişlər göndəriləcək. Mobil tətbiqdə istifadəçilər üçün Azərbaycanın tarixi, ölkəmizdə fəaliyyət göstərən turistik məkanlar, istirahət mərkəzləri və digər görməli yerlər, milli musiqimiz, mətbəximiz barədə geniş məlumat bazası təqdim olunur. Mobil tətbiqi hazırda Playmarketdən, qısa zaman sonra isə, Appstore-dan yükləmək mümkündür. Gələcəkdə mobil tətbiqin imkanlarının genişləndirilməsi və daha artıq xidmətləri əhatə etməsi nəzərdə tutulur.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı