Kinoteatrlar üçün dünyanın ən böyük LED-ekranı təqdim edilib Dekabr 13, 2018 | 03:45 / Texnoloji yeniliklər

“Samsung Electronics” şirkəti “3D” formatını dəstəkləyən ən böyük “Onyx Cinema” işıq diodlu (LED) ekranını təqdim edib. Onun eni 14 metr təşkil edir. Bu, ötən il istehsal olunmuş birinci nəsil “Onyx” displeyi ilə müqayisədə 40 faiz böyükdür. Pekinin “Capital” kinoteatrında istifadə olunan yeni panel artıq bütün dünyada quraşdırılmağa hazırdır.

4pda.ru saytının məlumatına görə, Cənubi Koreya şirkəti eni 10 metr olan “Onyx” seriyasına aid ilk ekranı 2017-ci ilin iyulunda nümayiş etdirib. İriölçülü ekranlara həm istehlakçılar, həm də biznes tərəfindən yüksək tələbatla əlaqədar yeni “Samsung Onyx” displeyinin ölçüsü 4 metr artırılıb.

Bildirilir ki, “Samsung Onyx Cinema” işıq diodlu ekranları yüksək keyfiyyət və etibarlılığı təmin etməklə, bütün növ kinoteatrlar üçün uyğundur. “Capital” kinoteatrında quraşdırılan unikal displey “4K” təsvir ölçüsünü, “HDR” texnologiyasını, standart proyektorun parlaqlığını təxminən 6 dəfə üstələyən maksimal 88 fL parlaqlığı, eləcə də “3D-Ready” və “Digital Cinema Initiatives” texnologiyalarını dəstəkləyir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı