Süni intellektin köməyi ilə jest dilini öyrənən kompüter oyunu hazırlanıb Dekabr 13, 2018 | 12:30 / Maraqlı məlumatlar

Kanadada “Stradigi AI” startapı tərəfindən süni intellekt vasitəsilə eşitmə məhdudiyyətli  insanlara kömək məqsədi daşıyan kompüter oyunu hazırlanıb.

robo-hunter.com saytında bildirlir ki, kompüter oyunu “The ASL Alphabet Game” adlandırılıb.

Oyun zamanı insan əlifbanın 26 hərfini amslen jest dilində simuliyasiya etməlidi. Bu zaman oyunçunun əl hərəkətlərini neyron şəbəkə klassisifikasiya edir. Jestlər düzgün təkrar edildikdə müəyyən ballar əlavə edilir.

Süni intellekt oyunda istifadə olunan 100 min təsviri təhlil edərək jestləri öyrənir. Neyron şəbəkənin əvvəldən əmələ gəlmiş rəyini maksimal dərəcədə azaltmaq üçün istehsalçılar son dərəcə dəqiq seçilən kadrları videoyazılarda saxlayırlar.

Oyun zamanı göstərilən jestlər üç mərhələdə (süni intellekt əllərin veb-kamera qarşısındakı  vəziyyətini təhlil edir, alınmış təsvirlər oyunçunun jestlərini təsnif edən ikinci neyron şəbəkəyə ötürülür, süni intellekt insanın əllərinin vəziyyətini daha dəqiq qiymətləndirən istilik kartları yaradır) qiymətləndirilir.

İstehsalçılar iddia edirlər ki, süni intellektin “The ASL Alphabet Game” üçün tətbiq etdiyi sistem 99,03% dəqiqliklə işləyir.

Qeyd edək ki, Kanada startapı kompüter oyununun hazırlanmasına təxminən 1ay yarım vaxt sərf edib. Kanadanın Eşitmə Məhdudiyyətli İnsanlar Mərkəzinin əməkdaşları da oyunun hazırlanmasına kömək məqsədilə işə cəlb ediliblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı