“Hyundai Motor” 2030-cu ilədək 500 min hidrogen avtomobili istehsal edəcək Dekabr 13, 2018 | 09:20 / Maraqlı məlumatlar

Cənubi Koreyanın ən böyük avtomobil istehsalçısı “Hyundai Motor” ekoloji avtomobil nəqliyyatının istehsalını genişləndirmək fikrindədir. Şirkət 2030-cu ilədək hər il hidrogen yanacaq mühərrikli təxminən 500 min avtomobil istehsal etməyi planlaşdırır.

belta.by saytının məlumatına əsasən, şirkət gələcəkdə hidrogen-elektrik mühərriki ilə işləyən (FCEV) minik və ticarət avtomobillərinin istehsalını artırmağı planlaşdırır. “Hyundai motor” hidrogen yanacaq sistemlərinin tətbiqi sferasını genişləndirmək niyyətindədir.

Proqnozlara əsasən, dünyada FCEV mühərriklərinə tələbat 11 il ərzində əhəmiyyətli dərəcədə artacaq. Bu tələbatı ödəmək üçün “Hyundai Motor” perspektivli tədqiqatlara 2030-cu ilə qədər təxminən 6,7 milyard dollar sərmayə qoymağa hazırdır. Hidrogen yanacaq elementləri sistemlərinin istehsalı üzrə ikinci zavodun tikintisi bu istiqamətdə görülən əhəmiyyətli işlərdən biridir. 2022-ci ilə kimi müəssisənin hidrogen mühərriklərinin istehsal həcminin 3 mindən 40 minə qədər artırılması gözlənilir. Hazırda hidrogen yanacaq elementinə perspektivli enerji mənbəyi kimi baxılır. Ekoloji təmiz, tükənməz resursa malik olması hidrogen yanacağının əsas üstünlüklərindəndir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı