Uşaqlar üçün ilk “ağıllı” boşqab təqdim edilib Dekabr 12, 2018 | 04:27 / Texnoloji yeniliklər

“Indiegogo” kraudfandinq (layihənin reallaşdırılması məqsədilə geniş kütlələrdən maliyyə cəlb olunması mexanizmi) platformasında uşaqlar üçün ilk “ağıllı” boşqab təqdim edilib. Qurğunun dibində yerləşdirilimiş ekranda “Wi-Fi” və “Bluetooth”un köməyilə ötürülən video əks olunur.

İstehsalçıların sözlərinə görə, uşaqların əksəriyyəti yeməklərini yeyib bitirmədən ətrafda fırlanırlar və qida qəbulu uzunmüddətli fəaliyyətə çevrilir. Lakin boşqabın dibində cizgi filmi yayımlanarsa, uşaq sevimli personajını görmək üçün yeməyini daha tez bitirmək istəyəcək.

dni24.com saytının məlumatında bildirilir ki, “iOS” və “Android” əməliyyat sistemlərinin idarəetməsi altında işləyən smartfonlar üçün hazırlanmış “Eatense” proqramı vasitəsilə boşqabın dizaynını anında dəyişmək mümkündür. Qadcetin suya davamlı olması onu adi boşqablar kimi yumağa imkan verir.

1 dəfə enerji ilə doldurulduqda 4 saat işləyən “ağıllı” boşqabın qiyməti 159 dollar təşkil edir. Startap alıcıların marağına səbəb olarsa, növbəti ilin yay aylarında kütləvi istehsala başlanılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı