Neyron şəbəkəsi şəkillərdəki insan fiqurlarını “dirildib” Dekabr 11, 2018 | 12:00 / Maraqlı məlumatlar

ABŞ alimləri neyron şəbəkələrinə əsaslanan alqoritm hazırlayıblar. Onun vasitəsilə şəkillərdə təsvir edilmiş insanları "diriltmək” mümkündür. Alqoritm insan fiquru üçün 3D model yaradır və verilmiş animasiyanı yenidən canlandırır.

planet-today.ru saytının məlumatına görə, təsvirlərə baxarkən insanların kamera qarşısına çıxmamışdan öncə necə hərəkət etdiklərini təssəvvür etmək mümkün olur. Proqram alqoritmləri üçün bu məsələ olduqca mürəkkəb olsa da, layihədə iştirak etmiş Vaşinqton Universitetinin əməkdaşları və Facebook şirkətinin nümayəndələri bunu reallaşdırmağa müvəffəq olub.

Layihənin müəllifi İra Kemelmaher Şliserman qeyd edib ki, insanı fondan ayırıb müəyyən etmək, onun üçölçülü modelini yaratmaq üçün bir neçə mürəkkəb alqoritmdən istifadə olunur.

İşlərin nəticələrinin effektivliyinin nümayiş olunması üçün alqoritmin bir neçə versiyası, o cümlədən əlavə edilmiş reallıq versiyası mövcuddur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı