Çin şirkəti “Əşyaların İnterneti” üçün peyklər şəbəkəsi yaradacaq Dekabr 10, 2018 | 02:24 / Maraqlı məlumatlar

Çinin “Commsat” innovativ şirkəti 2022-ci ilədək aşağı yerətrafı orbitdə “Əşyaların İnterneti” (IoT) qurğularının fəaliyyətini təmin edəcək 72 telekommunikasiya peykindən ibarət şəbəkə yaratmaqla bağlı planlarını açıqlayıb.

belta.by saytının məlumatına görə, şirkətin “Piao Chong” adlı ilk 7 kiçik peyki dekabrın 7-də buraxılıb. Onlar Tsyutsyuan kosmodromundan start götürən “Changzheng-2D” raketdaşıyıcısı vasitəsilə Səudiyyə Ərəbistanının iki peyki ilə birgə nəzərdə tutulan orbitə çıxarılıb.  

Orbital test başa çatdıqdan sonra bu seriyaya aid peyklər “IoT” texnologiyalarının emalı üçün istifadə ediləcək. Perspektivdə onların vəhşi təbiətin mühafizəsi, qəza-xilasedici əməliyyatların təşkili, nəqliyyat vasitələri və gəmilərin monitorinqi, logistik müşayiət daxil olmaqla müxtəlif sahələrdə tətbiqi planlaşdırılır.

Layihə rəhbəri, “Commsat” şirkətinin baş icraçı direktoru Se Taonun sözlərinə görə, qeyd olunan peyklərdən birinin çəkisi 100 kq, nanopeyklərə aid olan digərlərinin isə 10 kq təşkil edir.

Ekspertlər tərəfindən 2020-ci ilədək “IoT” qurğularının populyarlaşacağı proqnozlaşdırılır. Bununla əlaqədar əksər Çin şirkətləri və xarici müəssisələr aşağı orbitli telekommunikasiya peykləri şəbəkəsi yaratmağa başlayıblar.

“Commsat” kiçik peyklərin innovativ tətbiqi sahəsində tədqiqatlarla və rabitə sisteminin hazırlanması və peyk qruplaşmasının yaradılması texnologiyaları ilə məşğul olur. Şirkətin sərmayədarı qismində Çin Elmlər Akademiyasının Sian Optika və Dəqiq Mexanika İnstitutu çıxış edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı