“Atlas” robotu insan kimi yeriməyi “öyrənib” Dekabr 07, 2018 | 05:00 / Texnoloji yeniliklər

Florida İnstitutunun mütəxəssisləri “Boston Dynamics”in “Atlas” robotuna insan kimi yeriməyi öyrədiblər.

robo-hunter.com saytının məlumatına görə, insanabənzər robot əvvəllər ayaqlarında dizlərini əyib müxtəlif səthlər üzrə hərəkət edirdi. İstehsalçılar onun yerişinin insana daha çox bənzədilməsi qərarına gəliblər.

Mütəxəssislər “Atlas” üçün yeni bədəni idarə etmə alqoritmini hazırlayıblar. O, dizləri sayəsində ayaqlarını düzəldərək düz  səth üzrə hərəkət edə bilir.

Sınaqlar zamanı “Atlas” şaquli vəziyyətdə dayanır və onun hərəkət etməsi üçün mütəxəssislər robotu kürəyindən azca itələyirlər. Avtomatlaşdırılan insanabənzər qurğu dizini əymədən ayaqlarından birini irəli ataraq tarazlığı qoruyur. Bu halda ikinci ayaq bir az əyilir. O, yenidən tarazlığını düzəldərək başlanğıc vəziyyətə qayıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı