Hərbçilər üçün yemək 3D-printerində 'çap' olunacaq Avqust 08, 2014 | 12:21 / Texnoloji yeniliklər

Qurğu qidanı müəyyən olunmuş parametrlərə - kalori, protein, karbohidrat və vitaminlərin miqdarına görə hazırlamaq imkanına malikdir

ABŞ-ın hərbi mütəxəssisləri döyüş şəraitində yeməkləri 3D printerinin köməyilə 'çap etmək' imkanına malik texnologiya hazırlayıblar. Bu barədə məlumatı İngiltərənin 'Times' qəzeti yayıb.  

Belə ki, qida tərkibi kompüterə lazımi inqrediyentləri istifadə etmək üçün printerə komanda verən operator vasitəsilə ötürülür. O, həm də yeməklərə döyüş şəraitinə uyğun forma verə bilir. Bu zaman hərbi qulluqçuların yemək zövqləri də nəzərə alınır. 3D-printeri ilə hazırlanmış yemək piroq və ya pizza formasında ola bilər.

'ABŞ hərbçiləri 3D-çapın köməyilə döyüş hazırlığı səviyyəsini və döyüş bölmələrindəki fəaliyyətin effektivliyini yüksəltməyə, həmçinin hərbi qulluqçuların rahatlıq səviyyəsini artırmağa çalışırlar'-deyə nəşr bildirib. 

itar-tass.com saytının məlumatına görə, NASA Kosmik Agentliyi də gələcək astronavtlar üçün 3D-printerinin köməyilə yemək hazırlamaq niyyətindədir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı