Smartfonun köməyilə qanazlığı xəstəliyinə diaqnoz qoymaq mümkün olub Dekabr 07, 2018 | 12:41 / Texnoloji yeniliklər

ABŞ-ın Corciya Texnologiya İnstitutu və Emori Universitetinin həkimləri qanazlığı xəstəliyinə diaqnoz qoymağa imkan verən mobil proqram hazırlayıblar. Bu proqram sayəsində istifadəçi analiz vermədən, sadəcə barmaqlarının şəklini çəkməklə qanazlığı xəstəliyinin simptomlarını asanlıqla aşkar edə bilər.

hitech.vesti.ru saytının məlumatına görə, qanazlığı – insan orqanizmində qeydə alınan pozulmadır və bu zaman qanda eritrosit və hemoqlobinin miqdarı azalır. Qanazlığı xəstəliyi üçün hamiləlik zamanı ağırlaşmalar, tez yorulma və ürək-damar xəstəlikləri xarakterikdir. Dünyada 2 milyarddan çox insan qanazlığı xəstəliyindən əziyyət çəkir.

Qanazlığı xəstəliyi daha çox inkişaf etməkdə olan ölkələrdə yayılıb, malyariya, QİÇS və digər yoluxucu xəstəliklər, həmçinin, dəmir və vitamin çatışmazlığı ilə ağırlaşır. Qanazlığı xəstəliyinin diaqnostikası qan nümunələri və bahalı laboratoriya avadanlığı tələb edir ki, bu da gəliri az olan kasıb regionların sakinləri üçün əlçatmazdır.

Müxtəlif qan xəstəliklərindən əziyyət çəkən 337 nəfər və 72 sağlam insanın iştirak etdiyi tədqiqat mobil proqramın səmərəliliyini sübut edib. 4 həftəlik sınaqların nəticələrinə əsasən, kompüter alqoritmləri hemoqlobinin miqdarını tibbi müayinə ilə müqayisədə daha dəqiq müəyyənləşdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı