Süni intellektə malik əlil arabalarını mimikanın köməyilə idarə etmək mümkün olacaq Dekabr 06, 2018 | 09:10 / Texnoloji yeniliklər

Braziliyanın “Hoobox Robotics” şirkəti “Intel” ilə əməkdaşlıq çərçivəsində fiziki imkanları məhdud şəxslərin öz əlil arabalarını üz ifadəsi ilə idarə etmələrinə kömək məqsədilə süni intellektdən istifadə edən “Wheelie 7” aparatını hazırlayıb.

naked-science.ru saytının məlumatında bildirilir ki, mühərriklə təchiz edilmiş müasir əlil arabaları, adətən, korpusa bərkidilmiş sensorlar vasitəsilə idarə olunur.

“Wheelie” aparatında tətbiq edilmiş süni intellekt istifadəçinin gülüşünü və digər jestlərini avtomatik tanıyır. Mobil proqramın köməyilə sifətin hər hansı bir ifadəsini bu və ya digər hərəkətlə (sol, sağ, irəli, geri, əyləc və s.) əlaqələndirmək olar. Süni intellekt, həmçinin insanın öskürməsini və ya asqırmasını əmr kimi qəbul etməmək üçün onu “tanıyır”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı