Obyektləri “gizlədən” yeni texnologiya Noyabr 29, 2018 | 01:49 / Texnoloji yeniliklər

İtaliyanın “UEX” qrupunun tədqiqatçılarının təqdim etdiyi yeni texnologiya xarici gizlətmə qatları əlavə olunmadan daxildən görünməzlik əldə etməyə nail olur. Bu yanaşma optikada yeni sərhədlər açır, əlaqələr və biomühəndislik sistemlərində çoxsaylı üstünlüklər əldə etməyə imkan verir.

hi-tech.mail.ru saytının məlumatında bildirilir ki, tədqiqatçılar obyekti onun daxilinə nüfuz etməklə görünməz edə bilən materialların elektromaqnit xüsusiyyətini öyrəniblər. İxtiranın müəllifləri qeyd edir ki, onları bu işə ilhamlandıran Herbert Uelsin “Görünməz adam” romanıdır. Roman qəhrəmanının xüsusi inyeksiya etməklə görünməz olması tədqiqatçılarda yeni ideyanın yaranmasına səbəb olub.

Bu metodla kənar qurğulardan istifadə etmədən obyektin daxilən görünməzliyinə nail olmaq mümkündür. Görünməzlik spektri kifayət qədər geniş olmadığından hələ ki, metod yalnız kiçik ölçülü obyektlər üçün istifadə oluna bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı