Uşaq sifətinə malik robot Noyabr 27, 2018 | 09:28 / Texnoloji yeniliklər

Yaponiyanın Osaka Universitetinin tədqiqatçıları uşaq kimi görünən 2-ci nəsil “Affetto” robotunu təqdim ediblər. Alimlərin sözlərinə görə, onun sifətində əvvəlkindən daha çox emosiya ifadə olunur.

robo-hunter.com saytının məlumatında bildirilir ki, robotu daha emosional etmək üçün tədqiqatçılar onun sifətinin 116 nöqtəsinin hərəkətini izləyiblər. Onlar yeni robotun hazırlanması üçün tədqiqat nəticələrinə əsaslanıblar.

1-ci nəsil robot yalnız gözlərini fırlatmağı və alt dodağını hərəkət etdirməyi bacarırdısa, yeni robot göz qırpmaq, ağzını açmaq və təbəssüm etməyi öyrənib.

İstehsalçılar iddia edirlər ki, videoda təsadüfən təbəssüm və təəccüb ifadələri meydana çıxıb. Əslində bu, açıq və qapalı olan ağız və gözlərin variasiyalarıdır. Xüsusilə robotun sol gözünün daim dartılması qorxunc görünüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı