İlk veb-saytın yaradılmasından 23 il ötür Avqust 06, 2014 | 11:20 / Texnoloji yeniliklər

Bu gün Ümumdünya hörümçək torunun bütün istifadəçiləri üçün mühüm və əlamətdar gündür. Belə ki, 1991-ci il avqustun 6-da ilk veb-sayt meydana çıxıb.

WWW (World Wide Web) layihəsi isə bir qədər əvvəl, 1989-cu ildə yaranmışdı. Nüvə tədqiqatları üzrə Avropa laboratoriyasında fəaliyyət göstərən britaniyalı alim Tim Berners-Li ilk dəfə olaraq ümumdünya kompüter şəbəkəsinin yaradılması haqqında öz təklifləri və ideyalarını nəşr etdirmişdi.


Lakin layihənin geniş şəkildə hazırlanmasına növbəti il, Tim NeXT kompüterinə giriş əldə etdikdən sonra başlanıldı. Yalnız bundan sonra Berners-Li-nin ideyalarının həyata keçməsi real oldu. 1991-ci ildə layihə tamamlandı və CS komitəsinə təqdim olundu. Beləliklə, 23 il əvvəl - 1991-ci il avqustun 6-da ilk veb-sayt meydana gəldi və  WWW səhifələri üçün standart təsdiq olundu. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı