Yeni qulaqlıq istənilən söhbəti real vaxt rejimində tərcümə edir Noyabr 23, 2018 | 04:19 / Texnoloji yeniliklər

Dil baryeri milyonlarla səyahətçi üçün əsas problemlərdən biri olaraq qalır. “Timekettle” (Pasadena, Kaliforniya ştatı) startapı problemin həlli kimi elektron tərcüməçi funksiyasına malik “WT-2” qulaqlığını təklif edib.

techcult.ru saytının məlumatında bildirilir ki, sistem bluetooth-qarnitur və smartfon üçün proqramdan ibarətdir. Dəstə kiçik enerjidoldurma qutusu, 300 milliamper/saat tutuma malik akkumulyator və iki qulaqlıq daxildir. Kiçik qutu açıldıqda qulaqlıqlar və istifadəçinin smartfonu arasında əlaqə yaranır, hər bir istifadəçi qulaqlıqları taxır və bundan sonra dialoqa başlanılır. Nitq qarnitur vasitəsilə smartfona ötürülür, bu zaman 3 saniyə ərzində həmsöhbətlərin sözləri növbə ilə tərcümə edilir.

Qulaqlığın 3 tərcümə rejimi vardır: standart avtomatik, sürətli sual-cavab rejimi “Ask” və səs-küylü məkanlar üçün olan rejim. Qurğunun əsas üstünlüyü artıq “izahedici” jestlər olmadan müxtəlif dillərdə üz-üzə söhbət etmək imkanıdır. Ünsiyyətin dili proqram vasitəsilə seçilir. Elektron tərcüməçinin arsenalında ingilis, fransız, alman, çin və yapon dilləri var. Tezliklə ərəb, portuqal və tay dillərinin də əlavə olunması planlaşdırılır.

“WT-2” qulaqlıqları 2019-cu ilin yanvarında satışa çıxarılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı