"Samsung" ən böyük dünya bazarında liderliyini itirib Avqust 05, 2014 | 03:36 / Texnoloji yeniliklər

"Samsung" smartfon satışı üzrə hələ də dünya lideri olsa da, son dövrlər ayrı-ayrı bazarlarda şirkətin vəziyyəti o qədər də yaxşı deyil. Belə ki, ən böyük dünya bazarında - Çində koreyalılar satış reytinqinin birinci pilləsini yerli korporasiya olan  "Xiaomi"yə güzəştə gediblər. Hindistan və Rusiyada da oxşar vəziyyət müşahidə olunub.

"Canalys" tədqiqat firmasının hesabatına görə, 2014-cü ilin 2-ci rübündə "Xiaomi" Çində 14 991 570  smartfonun satışına nail olub. "Samsung" isə bu müddətdə 13 228 430 qurğu satıb. 13 025 780 satış sayı ilə "Lenovo" şirkəti üçüncü pillədə qərarlaşıb. hitech.vesti.ru saytından bildiriblər ki, ilk beşlikdə qalan yerləri də Çin şirkətləri bölüşdürüblər.

Beləliklə, "Xiaomi"nin bazar payı təxminən 14%, "Samsung"un payı isə 12% təşkil edib. "Strategy Analytics" şirkətinin son tədqiqatlarına görə, cari ilin ikinci rübündə "Xiaomi" dünya smartfon bazarının 5%-ni əhatə edərək qlobal reytinqdə "LG" şirkətini sıxışdırıb və 5-ci yerə sahib olub.

 

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı