Android-smartfonlar üçün istifadəçilərin sifətə görə tanınması sistemi təqdim olunub Noyabr 21, 2018 | 10:33 / Maraqlı məlumatlar

“Himax Technologies”, “MediaTek” və “Megvii” şirkətləri Android mobil qurğularının əməliyyat sistemində istifadəçilərin sifətə görə tanınması funksiyalarının reallaşdırması üçün nəzərdə tutulmuş həll təqdim ediblər.

3dnews.ru saytının məlumatına görə, “Active Stereo Camera (ASC) 3D” tətbiqi süni intellekt əsasında kompüter görməsi alqoritmlərini, həmçinin bir sıra aparat komponentlərini birləşdirir.

Sistem istifadəçilərin sifətə görə effektiv 3D-tanınmasını təmin edir. Funksiya mobil qurğunun blokdan çıxarılması və ödənişlərin təsdiqi üçün istifadə oluna bilər.

“ASC 3D” sisteminin xüsusi infra-qırmızı proyektoru və iki yüksək həssaslığa malik qəbuledicici sifətin 7000-10000 görünməyən nöqtədən ibarət 3D-xəritəsini qurmağa imkan verir. Bu məlumatlar istifadəçinin identifikasiyası üçün istifadə olunur. İddia edilir ki, sistemin komponentləri kiçik ölçülərə və aşağı enerji istehlakına malikdir.

İstehsalçılar bildirirlər ki, ilk bu kimi aparatlar növbəti ildə işıq üzü görəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı