Neyron şəbəkəsi biometrik sistemlərə müdaxilə üçün barmaq izlərini saxtalaşdırmağı öyrənib Noyabr 20, 2018 | 02:53 / Maraqlı məlumatlar

Nyu-York Universiteti Politexnik İnstitutunun alimləri biometrik sistemlərə müdaxilə məqsədilə neyron şəbəkəsinə barmaq izlərini saxtalaşdırmağı öyrədiblər.

hightech.fm saytının məlumatına görə, biometrik autentifikasiya sistemləri insanın bütün barmağını deyil, yalnız onun bir hissəsini skan edir, bundan sonra istifadəçi haqqında bazada saxlanmış məlumatlarla müqayisə edir. Bu, o deməkdir ki, cinayətkarlara bütün barmağı deyil, yalnız barmaq izinin bir hissəsini yaratmaq lazımdır.

Bundan başqa, insanların barmaq izlərində bir çox relyeflər təkrarlanır, buna görə ən geniş yayılmış relyefdən ibarət süni düzəldilmiş barmaq izi eyni anda bir neçə barmaq izinə dəqiq uyğun gələcək.

“DeepMasterPrints” neyron şəbəkəsi çoxsaylı barmaq izindən ibarət məlumat bazasını öyrənib və eyni anda bir neçə barmaq izinə uyğun gələn süni barmaq izləri yaratmağa müvəffəq olub. Süni barmaq izləri 0,1 faiz xəta göstəricisi ilə məlumat bazasında 23 faizədək saxtalaşdıra bilər. 1 faiz xəta ilə bu göstərici 77 faizədək yüksəlir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı